\"Bakı\" klubu etiraz etdi
\"Bakı\" Futbol Klubu son günlər ölkə mətbuatı və elektron KİV-də İbrahim Karqbonun Qazaxıstanın \"Atırau\" klubunda baxışda olması barədə yayılan xəbərlərin həqiqətə uyğun olmadığı barədə məlumat yayıb. Siasport.az saytı xəbər verir ki, klubun yaydığı məlumatda belə deyilir: \"Komandamızın və Syerra Leone milli komandasının yarımmüdafiəçisi İbrahim Karqbo transferə çıxarılmayıb və heç bir klubda baxışda olmayıb.
Son günlər ölkə mətbuatı və elektron KİV-də İbrahim Karqbonun Qazaxıstanın \"Atırau\" klubunda baxışda olması barədə yayılan xəbərlər həqiqətə uyğun deyil. İbrahim Karqbo 18 yanvar 2011-ci il tarixdən etibarən komandamızla birgə təlim-məşq toplantısında iştirak edir və 2 yoldaşlıq oyununda meydana çıxıb.
İbrahim Karqbo komandamızın üzvüdür və hazırlıqlarını da, məhz, \"Bakı\" futbol klubu və baş məşqçi Aleksandr Starkovun rəhbərliyi altında davam etdirir. Bu yalnış məlumatı yayan informasiya mənbələrinin nəzərinə daha diqqətli olmalarını və xəbəri dəqiqləşdirməyin zəruriliyini çatdırırıq\".

Bütün xəbərlər Facebook səhifəmizdə