Elman Rüstəmov: \"Yığma komandanın qapıları Vüqar Həşimovun üzünə açıqdır\" - AÇIQLAMA
"Vüqar Həşimovla görüşdük, səmimi söhbət etdik". Siasport.az saytı xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Elman Rüstəmov deyib. O, V.Həşimovun yığma komandaya qayıtmaq haqqında öz fikirlərini bildirdiyini qeyd edib: "Mən də öz fikrimi bildirdim. Yığma komandanın qapıları V.Həşimovun üzünə açıqdır. Vüqar bizim yığma komandanın aparıcı üzvlərindən biridir". E.Rüstəmov şahmatçıya məsləhətlər də verib: "Mən AŞF prezidenti və böyük kimi ona dedim ki, hər şeyi unutmaq lazımdır. Hamınız gəncsiniz". O, yığma komandamızın şahmatçımız üçün həm də prestij olduğunu, hər şeyin keçmişdə qaldığını qeyd edib: "Hesab edirəm ki, Vüqar bu fikirlərlə razıdır. Yaxın vaxtlarda komanda bir yerə toplanacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB