Şahmat üzrə kişilər və qadınlar arasında 21-ci Azərbaycan Çempionatının mükafatlandırma mərasimi keçirilib
Bu gün şahmat üzrə kişilər və qadınlar arasında 21-ci Azərbaycan çempionatının mükafatlandırma mərasimi keçirilib. Siasport.az saytı xəbər verir ki, mərasimdə Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Elman Rüstəmov da iştirak edib. O, Azərbaycan Çempionatının səviyyəsinin hər il daha da yüksəldiyini qeyd edib. Azərbaycanda şahmatın inkişafından danışan federasiya prezidenti yarışın qaliblərini təbrik edib.
Daha sonra beynəlxalq hakim Ülkər Umudova qadınlar arasında Azərbaycan Çempionatı barədə məlumat verib və qalibləri elan edib:
1. Türkan Məmmədyarova
2. Zeynəb Məmmədyarova
3. Gülnar Məmmədova
Qeyd edək ki, qadınlar arasında Azərbaycan çempionatında 12 şahmatçı iştirak edib. İlk 3 yerin qalibləri isə Şəxsi Avropa Çempionatında iştirak etmək üçün vəsiqə əldə eiblər. Yarışın ümumi mükafat fondu 10 min manat olub.
Daha sonra isə beynəlxalq hakim Namiq İsmayılov kişilər arasında Azərbaycan Çempionatı barədə məlumat verib və qalibləri elan edib:
İdmançıların mükafatlandırma mərasimindən sonra yarışı yüksək səviyyədə işıqlandırdıqlarına görə ANS TV, azerisport.az idman saytı və jurnalist Sənan Şəfizadə Fəxri Fərmanla təltif olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB