İstanbulun "Qalatasaray" futbol klubu, transfer pəncərəsinin son günlərində heyətinə daha bir futbolçu cəlb etməyə çalışır. Siasport.az saytı xəbər verir ki, Türkiyə Superligası çərçivəsində keçirilən son "Bursaspor" qarşılaşmasında da məğlubiyyətlə üzləşən "Qalatasaray", klubdan ayrılmaq üzrə olan bosniyalı futbolçu Misimoviçin yerinə Belçikanın "Anderlext" futbol klubunda çıxış edən Bigliyanı transfer etmək üçün hərəkətə keçib. Artıq İstanbul klubunun idman direktoru Adnan Sezgin futbolçu ilə danışıqlar aparıb. Bir günlük izn istəyən futbolçu, İstanbul klubuna sabah cavab verəcəyini deyib. Amma bu transferin reallaşacaqına əsas inam, "Anderlext" futbol klubunun meneceri Van Holsbeeckin, klubun təlim-məşq toplantısında "Sabah önəmli bir futbolçu klubu tərk edəcək" deməsidir. Məlumata əsasən, futbolçunun özü də İstanbul futbol klubuna transfer olmaqda maraqlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB