Azərbaycan yığmasının məşqçisi vəzifəsindən kənarlaşdırılıb

Azərbaycan yığmasının məşqçisi vəzifəsindən kənarlaşdırılıb

AFFA yığma komandalarda növbəti dəfə məşqçi dəyişikliyinə əl atıb. Siasport.az saytı xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət yığma komandanın baş məşqçisi Bernhard Lippertin köməkçisi Əfqan Talıbov komandadan uzaqlaşdırılıb. AFFA rəhbərliyi Talıbova yeni vəzifə də təklif edib. Belə ki, onu seleksiyaçı-məşqçilər üzrə kordinator vəzifəsinə təyin etmək istəyiblər. Lakin U-21-dən kənarlaşdırıldığı üçün inciyən Əfqan bəy bu vəzifədən imtina edib.
Artıq Talıbovun U-21-dəki yerinə təyinat da olub. AFFA 19 yaşadək futbolçulardan ibarət milli komandanın məşqçisi Babək Alxasovu gənclər yığmasına təyin edib.//fanat.az

Bütün xəbərlər Facebook səhifəmizdə