“Lokomotiv” “Apollon”a qarşı

“Lokomotiv” “Apollon”a qarşı

Bu gün Azərbaycanın qadın voleybolçulardan ibarət "Lokomotiv" klubu "Çelenc Cup" turnirinin 1/8 final mərhələsində ilk oyunu keçirəcək. Siasport.az saytı xəbər verir ki, komandamız Kiprin "Apollon" klubu ilə qarşılaşacaq. "Dəmiryolçular"ın bu mərhələdə ilk görüşləri "Sərhədçi" Olimpiya Mərkəzində baş tutacaq. Oyunu latviyalı Salvis Kurtiss və estoniyalı Margus Kapp idarə edəcəklər. Oyun saat 18:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə