Adnan Polatdan şok iddia: “Türk hakimləri “Qalatasaray”ın düşmənidir!”
"Qalatasaray" futbol klubunun prezidenti Adnan Polat, klubunun "Bursaspor"a məğlubiyyətini heç cürə həzm edə bilməyərək Türkiyə Superligasındakı ədalət təmsilçilərini hədəfə alıb. Siasport.az idman saytı xəbər verir ki, İstanbul klubunun prezidenti hakimlərin bilərəkdən "Qalatasaray"ın əleyhinə qərarlar qəbul etdiklərini vurğulayıb. O iddia edir ki, Superliga hakimləri sanki "Qalatasaray" əleyhinə təlim almış müdavimlər kimi çıxış edirlər. İstanbul klubunun prezidenti bir az da irəli gedərək şok bir iddia ilə çıxış edib ki, Türkiyədə çempionluğu hakimlər müəyyən edir: "Bu adamlar sanki təlim almış müdavimlər kimi hərəkət edirlər. Heç bir oyunda "Qalatasaray"ın xeyrinə ədalətli olan məqamlarda belə qərarlar verilmir. Bizə qarşı sevinə-sevinə göstərdikləri sarı və qırmızı vərəqələri, başqalarına qarşı ya göstərə bilmirlər, ya da göstərmək istəmirlər. Bu, əsl düşmənçilikdir. Həttda onlar Superligada kimin birinci, kimin ikinci və ya üçüncü olacağını da müəyyən edirlər. Buna onların nə haqqı var?. Görünür ki, bir plan qurulmuş və hazırda həmin plan icra olunur."-deyə klub prezidenti fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB