"Antalyaspor" klubu braziliyalı ulduz futbolçu Ronaldiniyonu transfer etməkdə iddialıdır. SİA-nın məlumatına görə, Türkiyə mətbuatında qeyd olunur ki, klub artıq futbolçu ilə danışıqların son mərhələsindədir. Heyətində Samuel Eto'o kimi futbolçusu olan "Antalyaspor" "Fluminense"dən ayrılan Ronaldiniyo üçün ciddi bir məbləğ ödəyəcək. 36 yaşlı futboçunun karyerasını başa çatdırmaq kimi planı olmadığı bildirilir.
Eto'o da klub rəhbərliyinə bildirib ki, Ronaldiniyonun transferi "Antalyaspor"un Super Liqada xüsusi təsirinin olacağına gətirib çıxaracaq.
Qeyd edək ki, futbolçu ilə, həmçinin Amerika və Çin klubları da maraqlanır. Ancaq "Antalyaspor"un təklifi onu daha çox maraqlandırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB