Azərbaycan çempionatında bir neçə matçda saxta futbolçu iştirak etdiyinə görə kluba texniki məğlubiyyət verildi

Azərbaycan çempionatında bir neçə matçda saxta futbolçu iştirak etdiyinə görə kluba texniki məğlubiyyət verildi
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Siasport.az saytı iclasda qəbul olunmuş qərarlaı nəzərinizə çatdırır:
26 yanvar 2011-ci il tarixində "Azercell U-17 Liqa"nın "Xəzər-Lənkəran" – "İnter" matçının 53-cü dəqiqəsində "İnter" klubunun 3 №-li futbolçusu Azər Salahlı sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
26 yanvar 2011-ci il tarixində "Azercell U-17 Liqa"nın "Turan" – "Bakı-2" matçının 80+2-ci dəqiqəsində "Bakı-2" klubunun 20 №-li futbolçusu Siyafər Əhmədov aqressiv oyuna görə (rəqibə başla zərbə) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.4).
29 yanvar 2011-ci il tarixində "Azercell U-17 Liqa"nın "İnter" – "Neftçi" İSM matçının 56-cı dəqiqəsində "İnter" klubunun 19 №-li futbolçusu Rauf Əliyev aqressiv oyuna görə (rəqibə ayaqla zərbə) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.4).
29 yanvar 2011-ci il tarixində "Azercell U-17 Liqa"nın MOİK – "Qəbələ" matçının keçirilməsi üçün MOİK klubu tərəfindən meydança təmin etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (Əsasnamənin tələbləri yerinə yetirilmədiyi üçün).
29 yanvar 2011-ci il tarixində "Azercell U-17 Liqa"nın "Gəncə" – "Simurq" matçında "Simurq" klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 57).
"Azercell U-17 Liqa"nın iştirakçısı ROİL klubunun futbolçusu Nihad Əmirli IX turun "Neftçi" İSM – ROİL matçında hakimi təhqir etdiyi üçün İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzalandırılmışdı. Lakin adıçəkilən futbolçu XII və XIII turlarda meydana çıxdığı üçün həmin matçlarda ROİL klubuna 0:3 hesabı ilə texniki məğlubiyyət verilir (maddə 51).
U-14 Liqasında çıxış edən "Laçın" klubunun futbolçusu Bəkirov Daşqın Taleh oğlunun əvəzinə matçlarda başqa futbolçu iştirak etmişdir. Belə ki, futbolçu yarışları keçirən departamentə müraciət edərək "Laçın" klubunun heyətində heç bir matçda iştirak etmədiyini bildirmişdir. Bu səbəbdəndə təqdim olunan sənədləri nəzərə alaraq adıçəkilən futbolçunun "Laçın" klubunun heyətində çıxış etdiyi bütün oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).

Bütün xəbərlər Facebook səhifəmizdə