Roman Abromoviç artıq dünyada zəngin olmağı ilə deyil, indi həm də inadcıl bir insan kimi də tanınmağa başlanıb. Siasport.az idman saytı xəbər verir ki, neçə gündür ki, "Liverpul"un ispaniyalı ulduz futbolçusu Fernando Torresi transfer etmək üçün "Qırmızılara" təklif dalınca təklif göndərən R.Abromoviç, nəhayət ki dünən F.Torresin də "işini bitirdi". Əvvəlcə 46 milyon avroluq pulla "Liverpul"un qapısını döyən "Çelsi"nin milyonçu sahibi, bu nəticə verməyincə məbləği 58 milyon avroya qaldırdı. Onsuz da ağır günlər keçirən "Liverpul" rəhbərliyi görünür bu pula daha "yox" deyə bilməyib. Komandanın sonsuz saydakı problemləri, klubun borc girdabında bogulması da bu transferin "Çelsi"nin xeyrinə reallaşmasında mühüm rol oynayıb. Klubun rəsmi interner səhifəsində isə bir növ sığortalayacı məlumat dərc olunub. Guya F.Torres əvvəllər də klubdan ayrılmaq istəyib və bunu nəzərə alan "Liverpul" rəhbərliyi onun transferinə razılıq verib. Sual olunur, guya bundan cəmi bir həftə əvvəl "Çelsi" təklif yollayanda F.Torres klubdan ayrılmaq istəmirdi?. Bəs onda komanda rəhbərliyi niyə futbolçunun heç vaxt satılmayacaqını deyirdi?. Özü də cəmi bir həftə qabaq. Yox, məsələ pul məsələsidir. R.Abromovicin pulu hər şeyi həll etdi. "Liverpul" fanatları isə buna etiraz olaraq İngiltərədə F.Torresin portretlərini yandırmağa başlayıblar. Onlar "Liverpul" rəhbərliyinin də ünvanına təhqir və söyüşlər yağdıraraq, bunun "Liverpul" üçün bir xəyanət əməliyyatı olduğunu deyirlər. Xatırladaq ki, 2007-ci ildə 20 milyon funt sterlinqə "Liverpul"a transfer olunan F.Torres, klubun heyətində 142 dəfə meydana çıxıb və 81qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB