İspaniya millisi "Avro-2016"nın final mərhələsi öncəsi sonuncu yoldaşlıq oyununu keçirib. SİA-nın məlumatına görə, Visente del Boskenin komandası Gürcüstan millisi ilə qüvvəsini sınayıb. Oyunda gözlənilməz nəticə qeydə alınıb. Son Avropa çempionu Gürcüstana uduzub - 0:1. Qarşılaşmada yaganə qolu 40-cı dəqiqədə Tornike Okriashvili vurub.
Qeyd edək ki, ispanlar "Avro-2016"da ilk oyununu iyunun 13-də Çexiyaya qarşı keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB