Azərbaycanda yeni voleybol məktəbi yaradılacaq - EKSKLÜZİV

Azərbaycanda yeni voleybol məktəbi yaradılacaq - EKSKLÜZİV

Azərbaycanda yeni voleybol məktəbi yaradılacaq. Bu barədə siasport.az saytına "İqtisadçı" voleybol klubunun vitse-prezidenti Seymur Orucov məlumat verib. Məlumata görə, yeni voleybol məktəbinin yaranması barədə "İqtisadçı" klubunun prezdenti Şəmsəddin Hacıyev əmr imzalayıb. Məktəbə artıq məşqçi də təyin olunub və 4 nəfər idmançı qəbul olunub. Ancaq idmançıların sayının 12-ə çadırlıacağı bildirilir. Məktəbin yaradılmasında məqsəd isə Azərbaycanın gənc voleybolçularının peşəkarlaşdırılması, onların həm "İqtisadçı", həm də digər klublarda oynaması üçün inkişaf etdirilməsidir.

Elgün VİDADİOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə