"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir

"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir

"Qarabağ" klubu Antalyada təlim-məşq toplanışını davam etdirir. Siapsort.az saytı xəbər veirr ki, hazırlığının 22-ci günündə komanda bir məşqlə kifayətləndi. Dünən baş tutan çalışma 90 dəqiqə davam etdi. Dünən "Qaz Metan Medias"la yoxlama oyunu keçirən komanda 2 qrup halında məşq etdi. Oyunda meydanda çox qalan futbolçular topsuz, daha çox bərpaedici hərəkətlər yerinə yetiridilər. Digər qrup isə toplu çalışmalar yerinə yetirdi. Balaca yerdə top alma, pressinq üzərində, sonda isə 2 qapıya sürətli futbol oynadılar.
Ayağında ağrı olan Maksim Medvedev topla yüngül hərəkətlər etməklə yanaşı, yüngül qaçışla kifayətləndi.
Komandanın bugünkü proqramında 2 məşq nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə