Antalyada intensiv məşqlər davam edir

Antalyada intensiv məşqlər davam edir

Premyer Liqaya Türkiyənin Antalya şəhərində hazırlaşan "Neftçi" PFK məşqlərini davam etdirir. Siasport.az saytı xəbər verir ki, dünən "ağ-qaralar" baş məşqçi Arif Əsədov, məşqçilər Bəxtiyar Süleymanov, Elmir Xankişiyev, fiziki hazırlıq üzrə məşqçi Mehmet Ak, eləcə də qapıçılarla işləyən məşqçi Neboyşa Manoyloviçin rəhbərliyi altında iki dəfə məşq ediblər. Məqşlərdə yalnız belçikalı hücumçu Emil Mpenza iştirak etməyib. O, şəxsi həkimi tərəfindən müayinədən keçmək üçün Belçikaya yollanıb. Digər futbolçularla bağlı heç bir problem yoxdur.

Qeyd edək ki, "Neftçi" bu gün Bakı vaxtı ilə saat 19:00-da "Mardan Antalyaspor" stadionunun ikinci meydançasında Çernoqoriya çempionu "Rudar"la qüvvəsini sınayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə