Antalyada təlim-məşq toplanışında olan "Neftçi" PFK-nın üzvü Emil Mpenza tibbi müayinədən keçmək üçün Belçikaya yollanıb. Siasport.az saytı xəbər verir ki, o, flaqmanın baş məşqçisindən icazə alıb və klub rəhbərliyinin də razılığı ilə səfərə çıxıb. Təcrübəli hücumçu öz istəyi ilə Belçikada şəxsi həkimi tərəfindən müayinə olunacaq. Tibbi müayinədən sonra Mpenza komandanın Antalyadakı düşərgəsinə qayıdacaq. Qeyd edək ki, Emil diz nahiyəsindəki ağrılardan əziyyət çəkir. Futbolçu "Neftçi"nin Antalyada keçirdiyi ikinci təlim-məşq toplanışı çərçivəsində tibbi müayinədən keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB