Azərbaycan Şahmat Federasiyasının mənzil-qərargahında keçirilən kişilər arasında Azərbaycan Çempionatı başa çatıb. Siasport.az saytı xəbər verir ki, 12 iştirakçıdan 6 qrossmeyster və 4 beynəlxalq usta çempionluq marafonunda mübarizə aparırdı. Dairəvi sistemlə keçirilən və 11 turdan ibarət olan milli çempionatın yekununda beynəlxalq qrossmeyster Nicat Məmmədov aktivinə yazdığı 8 xalla qızıl medala sahib çıxıb. Gümüş medala 7 xalla Rüfət Bağırov yiyələnib. 6.5 xala malik 3 şahmatçıdan Qədir Hüseynov əlavə əmsallara görə rəqiblərini üstələyib və bürünc medal qazanıb. Digər yerləri isə müvafiq olaraq Vasif Durarbəyli və Azər Mirzoyev bölüşdürüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB