Boks üzrə Dünya Çempionatının Bakıda keçiriləməsinə dair müqavilə imzalandı- FOTOSESSİYA

Boks üzrə Dünya Çempionatının Bakıda keçiriləməsinə dair müqavilə imzalandı- FOTOSESSİYA

Bu gün sentyabrın 22-dən oktyabrın 10-dək Bakıda keçiriləcək boks üzrə Dünya Çempionatının müqaviləsinin imzalanma mərasimi keçirilib. Siasport.az saytı xəbər verir ki, "Qafqaz Point" mehmanxanasında təşkil olunan mərasimində Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Kəmaləddin Heydərov, AİBA-nın prezindenti Çinq Ko Vu, AİBA-nın icraçı direktoru Ho Kin və media nümayəndələri iştirak ediblər.

ABF prezidenti K.Heydərov çıxış edərək qonaqları salamlayıb. O, Dünya Çempionatının Azərbaycanda keçirilməsinin önəmliliyindən söz açıb. Federasiya prezidenti qeyd edib ki, Bakıda Dünya Çempionatının keçirilməsi paytaxtımıza dünyanın bir çox yerlərindən insanların gəlməsi ilə nəticələnəcək ki, onlar Azərbaycanın inkişafı, ölkəmizdə idmanın yüksəlməsi ilə tanış olacaqlar. Daha sonra ABF və AİBA prezidenti müqaviləni imzalayıblar.

İmzalanma başa çatdıqdan sonra Çinq Ko Vu Azərbaycanda olmağından məmnunluq hissi duyduğunu bildirib. "Bu gün AİBA-nın tarixində ən önəmli hadisələrindən biri baş verdi. Dünya Çempionatının Bakıda keçirilməsinə dair müqavilə imzalandı. Bu yarış həmçinin London Olimpia Oyunlarına lisenziya xalı verən ilin ilk çempionatıdır. Yarışda 100-dən çox ölkə iştirak edəcək. Bizim Azərbaycana inamımız və güvəncimiz çox böyükdür",- deyə o əlavə edib. AİBA prezidenti Azərbaycanın WSB komandasının uğurlarından danışaraq yığmamızın heç bir yarışda uduzmadığı vurğulayıb. O, bunu Azərbaycanda boksun və idmanın inkişafı ilə əlaqələndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə