“Barselona”da Leonel Messi şousu davam edir…

“Barselona”da Leonel Messi şousu davam edir…

"Barselona" futbol klubu İspaniya La Ligasında fırtına kimi əsməkdə davam edir. Siasport.az idman saytı xəbər verir ki, katolon klubu La Liganın 21-ci həftəsi çərçivəsində "Herkules"i öz meydanında 3:0 məğlub edib. Rəqib meydanında oynamasına baxmayaraq mükəmməl futbol sərgiləyən "Barselona", artıq qarşılaşmanın 43-cü dəqiqəsində Pedronun vurduğu qolla hesabı açıb. "Herkules"in müqavimət göstərməsinə baxmayaraq zəif rəqibini öz meydanında küncə sıxan "Barselona", qarşılaşmanın 87-ci və 89-cu dəqiqələrində Leonel Messinin qol şousu ilə hesabı 3:0 edib. Bu oyunda L.Messi həm də vurduğu bu 2 qolla bombardirlər siyahısındakı mövqeyini də xeyli yaxşılaşdırmış oldu. Bu nəticədən sonra, "Barselona" da xallarının sayını 58-ə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə