"Azərreyl" Odessaya məğlubiyyətlə getdi

"Azərreyl" Odessaya məğlubiyyətlə getdi

"Çelenc Cup"un 1/8 final mərhələsinə Türkiyədə hazırlaşan "Azərreyl" yoxlama oyunu keçirib. Siasport.az saytı xəbər verir ki, Vüqar Əliyevin başçılıq etdiyi komanda "Fənərbaxça" ilə qarşılaşıb. "Burhan Fələk Voleybol Salonu"nda keçirilən qarşılaşma "Sarı-lacivərdli"lərin qələbəsi ilə yekunlaşıb - 3:1.
Bununla da "Azərreyl"in Türkiyə toplanışı başa çatıb. Bakı klubu artıq Ukraynanın Odessa şəhərinə yollanıb. Komandasabah "Çelenc Cup"un 1/8 final mərhələsinin ilk görüşünə çıxacaq və "Ximik" klubu ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə