Fabreqas “Arsenal”ı rüsvayçılıqdan qurtardı!

Fabreqas “Arsenal”ı rüsvayçılıqdan qurtardı!

İngiltərənin "Arsenal" futbol klubu öz meydanında rüsvayçı məğlubiyyətdən güclə qurtula bildi. Siasport.az idman saytı xəbər verir ki, İngiltərə Kuboku uğrunda keçirilən qarşılaşmada birinci dəstə komandası olan "Huddersfeld" klubunu qəbul edən "topçular", gözləmədirkəri halda rəqib komandanın ciddi müqaviməti ilə qarşılaşdılar. Demək olar ki, birinci dəstə təmsilçisi, "Arsenal"ı doğma meydanında küncə sıxmışdı. Qarşılaşmada gözəl futbolu ilə həttda "Arsenal" azarkeşlərinin də diqqət mərkəzində olan "Hiddersfeld" klubunun futbolçusu Alan Lee, bütünlüklə rəqib futbolçuları "bağlamışdı". Ama qarşılaşmanın 21-ci dəqiqəsində Bendtner möhtəşəm bir qol vuraraq komandasını önə keçirdi. Qarşılaşmada 1:0 hesabı ilə irəlidə olmalarına baxmayaraq rəqibin üstün oyun nümayiş etdirməsindən şoka düşən "Arsenal" futbolçuları kobud oyun nümayiş etdirməyə başladılar ki, bunun da nəticəsində oyunun 42-ci dəqiqəsində Squillaci qırmızı vərəqə alaraq meydandan qovuldu və "topçuları" 10 nəfər azlıqda qoydu. Qonaq komanda bundan əla yararlandı. "Hiddersfeld"in ən yaxşı oyunçusu kimi alqışlanan A.Lee, qarşılaşmanın 66-cı dəqiqəsində gözəl qol vuraraq "Arsenal"ı şoka saldı. Əgər hesab belə bitsəydi, o zaman "Arsenal" kubokla vidalaşacaqdı. Amma ingilis nəhənginin köməyinə yenə ispaniyalı Sers Fabreqas gəldi. Oyunun 86-cı dəqiqəsində təyin olunan penaltini qola çevirən S.Fabreqas, komandasının 2:1 hesablı qələbəsini rəsmiləşdirməklə onu rüsvayçı məğlubiyyətdən xilas etdi və "Arsenal"ı İngiltərə Kubokunda növbəti mərhələyə çıxartdı.

Bütün xəbərlər Facebook səhifəmizdə