Milli komandadan daha iki futbolçu çıxarılıb

Milli komandadan daha iki futbolçu çıxarılıb

Futbol üzrə Azərbaycan milli komandasından daha iki futbolçu çıxarılıb. Siasport.az saytı xəbər verir ki, bunlar Saşa Yunisoğlu və Əziz Quliyevdir. Futbolçular zədəli olduqları görə heyətdən kənarlaşdırılıblar.

Xatırladaq ki, daha əvvəl eyni səbəbdən Maksim Medvedev millimizin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən təlim-məşq toplanışından kənarda qalmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə