Amil Yunanov "Sumqayıt" FK ilə müqavilə müddətini yeniləyib

Amil Yunanov "Sumqayıt" FK ilə müqavilə müddətini yeniləyib

2016/2017 futbol mövsümü üçün ilk olaraq Fərhad Vəliyevi heyətinə qatan "Sumqayıt" Futbol Klubu heyəti komplekləşdirmək üçün çalışmalarını davam etdirir. SİA-nın məlumatına görə, əsas hücumçu olan Amil Yunanov komanda ilə müqavilə müddətini yeniləyib. 23 yaşlı futbolçu "Sumqayıt" FK ilə müddəti 2018-ci ilə qədər olan sazişə imza atıb.

Qeyd edək ki, Amil Yunanov 2015/2016 mövsümündə "Sumqayıt" FK-nın heyətində Premyer Liqada ümumilikdə 26 qarşılaşmada (1509 dəqiqə) meydana çıxıb və rəqib qapılarından 12 top keçirib. Bu göstərici ilə adıçəkilən futbolçu ötən mövsüm komandanın ən sərrast oyunçusu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə