Futbol üzrə İtaliya milli komandası "Avro-2016"nın final mərhələsi öncəsi sonuncu yoldaşlıq oyununu keçirib. SİA-nın məlumatına görə, Antonio Kontenin komandası Finlandiya ilə görüşdə qüvvəsini sınayıb. Oyun Appenin təmsilçisinin qələbəsi ilə yekunlaşıb. Rəqibinə 2:0 hesabı ilə qalib gələn İtaliya yığması Fransada keçiriləcək Avropa çempionatına qələbə ilə gedəcək.
Qeyd edək ki, E qrupunda qərarlaşan İtaliya millisi Belçika, İrlandiya və İsveçlə qarşılaşacaq.
6 iyun
Yoldaşlıq görüşü
İtaliya - Finlandiya 2:0
Qollar: Kandreva, 27-pen (1:0), de Rossi, 71 (2:0)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB