İki oyunçu ilə müqavilələr artırıldı

İki oyunçu ilə müqavilələr artırıldı
"Xəzər Lənkəran" Futbol Klubu iki futboçusu ilə müqavilələrin artırılması barədə razılığa gəlib. Siasport.az saytı xəbər verir ki, gəlinmiş razılığa əsasən klubun albaniyalı futbolçusu Elvin Beqiri bundan sonra da "Xəzər Lənkəran"da çıxış etməyə davam edəcək.
Qeyd edək ki, mərkəz müdafiəçisi Beqiri bugünə kimi komandanın heyətində 38 oyun keçirib və 5 qola imza atmağa nail olub.
Müqaviləsi artırılan digər oyunçu isə nigeriyalı hücumçu Emeka Oparadır. Ötən mövsüm komandanın sıralarına qoşulan Opara, bu müddətə qədər komandada 25 oyun keçirib və 5 dəfə rəqib qapılarına yol tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə