Seymur Orucov: “Mən voleybol idmanını bu qədər sevəcəyimi ağlıma gətirə bilməzdim” - EKSKLÜZİV
"Mən voleybol idmanını bu qədər sevəcəyimi ağlıma gətirə bilməzdim". Bu sözləri Siasport.az saytına açıqlamasında "İqtisadçı" Voleybol Klubunun vitse-prezidenti Seymur Orucov deyib. O, voleybolun asan görünməsinə baxmayaraq, müərəkkəb bir sahə olduğunu bildirib. Vitse-prezident çalışdığı voleybol klubundan əmək haqqı almadığını, orada öz həvəsi, öz istəyi ilə işlədiyini bidlirib. "İqtisadçı" klubunun hazırki vəziyyəətəndən söz açan vitse-prezident komanda haqqında belə deyib: ""İqtisadçı" üç ildir yaranmasına baxmayaraq, Avropada tanınnış kluba çevrilib. Biz "Çelenc Kuboku" uğrunda Bosniya, Avstriya və Serbiyanın komndalarını məğlub etmişik. Bir müddətdən sonra Rumıniya klubu ilə qarşılaşcağıq və onları da məğlub edəcəyik. Hədəfimiz "Çelenc Kuboku"nun finalında oynamaqdır".
O, Azərbaycan Super Liqasında uğurlu çıxış etdiklərini qeyd edərək Çempionlar Liqasında Azərbaycanı layiqli təmsil edən "Rabitəçi"ni 3:0 hesabı ilə məğlub etdiklərini, "Lokomotiv"i eyni hesabla üstələdiklərini vurğulayıb. "Baş məşqçimiz Jan de Brandt çox təcrübəli, uğurlu məşçidir. Ondan əvvəlki baş məşqçi Rəşad Yazıçıoğulları da təcrübəli məşqçi idi. Onu səhhəti ilə əlaqədar geri göndərdik", - deyən S.Orucov növbəti oyunlarda "Azərreyl" və "Bakı" ilə qarşılaşacaqlarını, mütləq Azərbaycan çempionatında qalib olmağa çalışacaqlarını dilə gətirib.
Vitse-prezident komandanın heyəti barədə isə belə deyib: "Heyətimizin hamısı ulduz voleybolçulardır. Amerika yığma komandasının üzvü, Olimpiya Oyunlırının gümüş medalçısı, "Fərərbaxça"nın hücumçusu, Finlandiyanın məşhur voleybolçusu, Almaniya yığmasının pasverəni, Yaponiya yığmasının liberosu bizdə oynayır. Hazırda yenə yeni oyunçu axtarışındayıq".
Elgün VİDADİOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB