Qış hazırlıq məşqlərini Antalyada davam etdirən Abşeron FK dünən Rumıniyanın "Victoria" və Sankt-Peterburqun "Zenit" komandaları ilə yoldaşlıq matçı keçirib. Siasport.az saytı xəbər verir ki, "Victoria" komandası ilə qarşılaşma 0:0, Sankt Peterburqun "Zenit"i ilə isə 2:2 olmaqla heç-heçə başa çatıb.
Yanvarın 28-də abşeronçular daha iki yoldaşlıq oyunu keçiriblər. Gürcüstanın "Wit Georgia" və Cənubi Koreyanın "Yonsei" universitet komandaları ilə qarşılaşma birincidə 2:1, ikincidə 2:0 olmaqla rəqib komandaların üstünlüyü ilə başa çatıb. Komandanın son yoxlama oyununun fevralın 2-də Rumıniyanın "Vointa Sibiu" komandası ilə keçiriləcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB