İngiltərənin "Liverpul" futbol klubunun son transferi ilə bağlı bu ölkənin mətbuatında müxtəlif yazılar dərc olunmağa başlayıb. Siasport.az idman saytı xəbər verir ki, "Liverpul"un Hollandiyanın "Ayaks" futbol klubundan transfer etdiyi urugvaylı Luis Suaresin transfer qiyməti, "dumanlı albiom"da əsas müzakirə mövzusuna çevrilib. Bir neçə gün bundan əvvəl bu transferi rəsmi olaraq futbol ictimaiyyətinə açıqlayan "Liverpul", maliyyə məsələsində düzgün açıqlama verməməkdə ittiham olunur. Vaxtı ilə bir sıra nəhəng Avropa klublarının da öz heyətlərinə qatmaq istədikləri, amma artıq ingilis klubu ilə 3,5 illik müqavilə imzalayan urugvaylı futbolçuya görə "Liverpul", rəsmi olaraq "Ayaks"a 26,5 milyon avro ödədiyini açıqlasa da, İngiltərənin nüfuzlu mediya orqanları bunun gerçək rəqəm olmadığını iddia edirlər. İngilis mətbuatının iddasına görə "Liverpul" bu transfer üçün ən azı 45 milyon avrosundan keçib.Onlar buna sübut kimi bir sıra dəlillərə sahib olduqlarını yazırlar. Həttda artıq bu transferlə bağlı İngiltərə Futbol Federasiyası da araşdırmalara başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB