Yavaş-yavaş İngiltərə Premyer Liqasında özünə gələn "Liverpul" futbol klubu artıq son 2 oyunda 6 xal toplayaraq mövqelərini möhkəmləndirir.Siasport.az idman saytı xəbər verir ki, İngiltərə çempionatında keçirəcəyi qarşıdakı oyunlarda da qələbə qaanmaq əzmində olan ingilis futbol klubu heyətini gücləndirmək məqsədi ilə "Ayaks"ın ulduz futbolçusu Luis Suarezlə prinsipial razılaşma əldə edib. Heyətini gücləndirmək üçün hərəkətə keçən "Liverpul"a digər bir ingilis nəhəngi "Çelsi"dən elə bir transfer təklifi gəlib ki, qarşı tərəf bunu nifrətlə rədd edib. Məsələ burasındadır ki, Roman Abromoviçin komandası "Liverpul"un əsas qol silahı sayılan Fernando Torresi transfer etmək üçün 46 milyon avro təklif edib. "Liverpul" klubu isə bu təklifi qəti şəkildə rədd edərək, F.Torresin satılıq futbolçu olmadığını qarşı tərəfin diqqətinə çatdırıb. İngilis mətbuatı yazır ki, F.Torresin "Liverpul"la olan razılaşmasında belə bir maddə də yer alıb ki, ispan futbolçu komandadan getmək istəsə, onu transfer edən klub "Liverpul"a 50 milyon avro pul ödəməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB