Pəhləvanlarımız Vehbi Emrenin xatirə turnirindən 6 medalla qayıdırlar - FOTO
Türkiyənin İstanbul şəhərində Vehbi Emrenin xatirəsinə həsr olunmuş güləş üzrə beynəlxalq turnir keçirilib. Siasport.az saytı xəbər verir ki, yunan-Roma güləşi üzrə böyüklər arasında 29-cu dəfə keçirilən turnirdə Azərbaycan yığma komandası 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.
Azərbaycan, İran, Bolqarıstan, Gürcüstan, Xorvatiya, Estoniya, Ukrayna, Yunanıstan, Macarıstan, Rumıniya, Belarusiya, Əlcəzair, Qazaxıstan, Tacikistan və Türkiyənin iştirak etdiyi turnirdə ümumilikdə 230 güləşçi mübarizə aparıb.
İlk gün 55, 66, 84 və 120 kq çəkidə mübarizə aparan pəhləvanlarımızdan Saman Təhmasibi (84 kq) qızıl, Eldəniz Əzizli (55 kq) gümüş, Elçin Əliyev (55 kq) və Rüstəm Əliyev (66 kq) bürünc medala sahib olub.
Turnirin ikinci günündə mübarizəyə qoşulan 60, 74 və 96 kq çəkidə pəhləvanlarımızdan isə Rafiq Hüseynov (74 kq) bütün rəqiblərindən üstün olub, Şalva Qadabadze (96 kq) isə bürünc medala layiq görülüb.
Komanda hesabında isə Türkiyə (57 xal) birinci, Azərbaycan (46 xal) ikinci, İran isə (38 xal) üçüncü yeri tutub.
Xatırladaq ki, komandamız turnirdə baş məşqçi Fərid Mansurov və böyük məşqçi Akif Əliyevin rəhbərliyi altında iştirak edib. AGF Hakimlər Kollegiyasının sədri, olimpiya dərəcəli hakim Əjdər Cəfərov görüşlərin idarə edilməsinə xalça rəhbəri kimi, olimpiya dərəcəli hakim Hicran Şərifov isə FİLA nümayəndəsi kimi nəzarət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB