Bernhard Lippert: "Məni sevindirən amil komandamızın oyunun sonuna qədər mübarizə aparması oldu"

Bernhard Lippert: "Məni sevindirən amil komandamızın oyunun sonuna qədər mübarizə aparması oldu"
Türkiyənin Antalya şəhərində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə Almaniyanın "Maynts" klubunun əvəzedici komandası arasında keçirilmiş yoldaşlıq oyunu barədə yığmamızın baş məşqçisi Bernhard Lippert AFFA-nın rəsmi saytına açıqlama verib. Siasport.az saytı baş məşqçinin fikirlərini nəzərinizə çatdırır: "Əvvəllər də qeyd etdiyim kimi, belə oyunlarda nəticə ən əhəmiyyətli məsələ deyil. Daha vacib olan futbolçuların hazırlıq səviyyəsini, onların komandaya nə dərəcədə faydalı olmasını müəyyənləşdirməkdir. Konkret bu oyunda məni sevindirən amil komandamızın oyunun sonuna qədər mübarizə aparması oldu".

Bütün xəbərlər Facebook səhifəmizdə