Azərbaycan beynəlxalq turnirdə birinci olub NƏTİCƏLƏR

Azərbaycan beynəlxalq turnirdə birinci olub NƏTİCƏLƏR

Bakı İdman Sarayında keçirilən iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə ənənəvi XXXVIII beynəlxalq turnirə yekun vurulub. SİA-nın məlumatına görə, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda Azərbaycan, Rusiya, İran, Gürcüstan, Türkmənistan, Qırğızıstan, İsrail, Sloveniya, Xorvatiya və Macarıstandan 300-dən çox idmançı birincilik uğrunda mübarizə aparıb.

1999-2001-ci il təvəllüdlü idmançılar arasında təşkil olunan yarışda 18 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib. Nəticələrə görə, qızlar arasında 40 kq çəki dərəcəsində I yerə Vüsalə Kərimova (Azərbaycan), II yerə Aygün Hacıyeva (Azərbaycan), III yerə Nigar Nacıramazanova (Azərbaycan), 44 kq çəki dərcəsində I yerə Ramilə Əliyeva (Azərbaycan), II yerə Aytac Quluzadə (Azərbaycan), III yerə Şəfiqə Mollazadə (Azərbaycan), 48 kq çəki dərəcəsində Gültac Məmmədəliyeva (Azərbaycan), II yerə Şəfəq Həmidova (Azərbaycan), III yerə Ülviyyə Bayramova (Azərbaycan), 52 kq çəki dərəcəsində I yerə Fəridə Səfərova (Azərbaycan), II yerə Nusa Perovnik (Sloveniya), III yerə Sasa Ranc (Sloveniay), 57 kq çəki dərəcəsində I yerə Günel Bəkirzadə (Azərbaycan), II yerə Tinatin Revazişvili (Gürcüstan), III yerə Zəhra Mehdiyeva (Azərbaycan), 63 kq çəki dərəcəsində Nərgiz Hacıyeva (Azərbaycan), II yerə İndira Sılaqadze (Gürcüstan), III yerə Fidan Hüseynova (Azərbaycan), 70 kq çəki dərəcəsində Diana Murtuzalı (Azərbaycan), II yerə Cəmalə Muqumova (Azərbaycan), III yerə Səma Bəxtiyarova (Azərbaycan), +70 kq çəki dərəcəsində Salome Makışvili (Gürcüstan), II yerə Rəvanə Kərimova (Azərbaycan), III yerə Nigar Cəfərova (Azərbaycan), oğlanlar arasında isə 46 kq çəki dərəcəsində I yerə Murad Abışov (Azərbaycan), II yerə Əli Sadıxov (Azərbaycan), III yerə Cəlal Xıdırlı (Azərbaycan), 50 kq çəki dərəcəsində I yerə Rəşxan Baxışəliyev (Azərbaycan), II yerə Fərid Qəzənfərov (Azərbaycan), III yerə Ruslan Paşayev (Azərbaycan), 55 kq çəki dərəcəsində I yerə Zeynalov Mehdi (Azərbaycan), II yerə Laşa Vardzelaşvili (Gürcüstan), III yerə Kantemir Kodzov (Rusiya), 60 kq çəki dərəcəsində I yerə Giorgi Chikkelidze (Gürcüstan), II yerə Gurami Dzavaşvili (Gürcüstan), III yerə Yaqub Cavadov (Azərbaycan), 66 kq çəki dərəcəsində I yerə Aleksandre Kidaraşvili (Gürcüstan), II yerə Sabir İsmayılov (Azərbaycan), III yerə Mehdi Barghamadı (İran), 73 kq çəki dərəcəsində I yerə Vladimir Akhalkatsı (Gürcüstan), II yerə Bendek Endre Toth (Macarıstan), III yerə David Gamasov (Rusiya), 81 kq çəki dərəcəsində I yerə Roland Goz (Macarıstan), II yerə Giorgi Şarabidze (Gürcüstan), III yerə Otar Gogidze (Gürcüstan), 90 kq çəki dərəcəsində I yerə Cəfər Əkbərli (Azərbaycan), II yerə Adil Kərimli (Azərbaycan), III yerə Csaba Toht (Macarıstan), + 90 kq çəki dərəcəsində I yerə Əli Parhizgar (İran), II yerə Filip Mileviç (Xorvatiya), III yerə Georgi Burdjaliani (Gürcüstan) layiq görülüblər.

Ümumi komanda hesabında Azərbaycan birinci, Gürcüstan ikinci, Macarıstan üçüncü yeri tutub.

Qaliblərə medallar, diplomlar və qiymətli hədiyyələr təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə