Dünya Kubokunun son gününü "bürünc"lə başa vurduq

Dünya Kubokunun son gününü "bürünc"lə başa vurduq

Tbilisidə cüdo üzrə Dünya Kubokunun son günündə tatami üzərinə 10 Azərbaycan cüdoçusu çıxıb. Siasport.az saytı xəbər verir ki, ilk gündən fərqli olaraq, son gün cüdoçularımızın qələbə sayının bir-qədər çox olması ilə yadda qalıb. Belə ki, 81kq çəki dərəcəsində mübarizə aparan 4 cüdoçumuzdan yalnız Elxan Rəcəbli, 90kq-da isə 3 cüdoçumuzdan yalnız Ramin Qurbanov medal qazanmaq şansı əldə ediblər.

Dünya Kubokunun ikinci günündə medal qazanmaq isə onlardan yalnız Elxan Rəcəbliyə nəsib olub. E.Rəcəbli yarışmaya çox uğurla başlaıb. İlk 3 qarşılaşmasında Ghiviniaşvili Paata (Gürcüstan), Savinov Viktor (Ukrayna) və Ovcinnikovs Konstantins (Latviya) üzərində "ippon" təmiz qələbə xalı ilə vaxtından əvvəl inamla qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə onun rəqibi Tçrikişvili Avtandil olub. (Qeyd edək ki, A.Tçrikişvili ilk mərhələdə digər cüdoçumuz Rüstəm Alimliyə "Yuko" xalı ilə qalib gəlib.) Gərgin keçmiş görüşdə hər iki idmançı "vazari" yarım qələbə xalı qazanıb. Lakin son olaraq gürcü idmaçısının işlətdiyi fənd hakimlər tərəfindən "ippon"la qiymətləndirilib və idmançımız bu qarşılaşmadan məğlub ayrılaraq finala vəsiqəni təmin edə bilməyib, əvəzində son həlledici görüşdə bürünc medal qazanmaq şansını qazanıb. Bu imkandan maksimum yararlanmış E.Rəcəbli Qazaxstan təmsilçisi Bozbayev İslama qarşı baş tutmuş son həlledici görüşdə 1 "Yuko" və 1 "Vazari" xalı qazanaraq qalib gəlib, O, Dünya Kubokunun bürünc medalını qazanıb. Medal qazanmağa çox yaxın olmuş digər təmsilçimiz Ramin Qurbanov (-90kq) isə bu imkandan sonadək yararlana bilməyib. O, ilk qarşılaşmasında İemelianov Oleksii (Ukrayna) üzərində cəmi 33 saniyyə ərzində "İppon" təmiz qələbə xalı ilə qalib gəldikdən sonra növbəti yarımfinala çıxış görüşündə Sıtımov Azamata (Rusiya) cəmi bir "Yuko" xalı məğlub olub. Bununla belə bürünc medal qazanmaq uğrunda təsəlliverici görüşlərdə iştirak etmək hüququ qazanan R.Qurbanov bu mərhələdə ilk olaraq gürcü Quruli Laşaya "Vazari" yarım qələbə xalı geri olsa da, tez bir zamanda tam gücünü səfərbər edərək "ippon" təmiz qələbə xalı ilə qalib gəlib. Lakin bilavasitə bürünc medal uğrunda son həlledici görüşdə digər Rusiya təmsilçisi Omarov Abdula təmiz qələbə ilə məğlub olaraq turniri 5-ci yerdə başa vurub.
Həmçinin 100kq-da mübarizə aparan cüdoçumuz Sain Məmmədovun 7-ci yerini de qeyd etmək olar. İlk 2 qarşılaşmasında ardıcıl olaraq Marazykov Akramjan (Qazaxstan) və Koster Jason (Yeni Zellandiya) üzərində vaxtından əvvəl "ippon" təmiz qələbə xalı ilə inamla qalib gələn Sain Məmmədov yarımfinala çıxış və ilk təsəlliverici görüşdə eyni aqibətlə müvafiq olaraq Hadfi Daniel (Macarıstan) və Bloşenko Artyoma (Ukrayna) məğlub oldub və turniri 7-ci yerdə başa vurdu.

Təəssüf ki, Dünya Kubokunun son günündə də yığmamızın digər lider üzvləri ilk qarşılaşmadaca məğlubiyyət acısı dadıblar.

Beləliklə, 29-30 yanvar 2011-ci il tarixdə Gürcüstanın Tbilisi şəhərində keçirilmiş ilin ilk Dünya Kubokunda Azərbaycan milli yığma komandası İlqar Müşkiyevin (-60kq) qızıl, Elxan Rəcəblinin (-81kq) isə bürünc medalı, eləcə də Ramin Qurbanovun (-90kq) 5-ci və Sain Məmmədovun isə (-100kq) 7-ci yeri sayəsində 22 komanda arasında Rusiya (2-1-5), Gürcüstan (2-1-1), Ukrayna (1-2-2) və Qazaxstan (1-1-1) millilərindən sonra 5-ci yeri tutub. Bu nəticə ilə komandamız Belorusiya və Macarıstan, eləcə də Ermənistan, Latviya, Türkiyə və İsrail komandalarını ümumkomanda hesabında qabaqlaya bilib.

Tbilisi-2011 Dünya Kubokunda Azərbaycan cüdoçularına ümumilikdə cəmi 37 dəfə tatami üzərinə çıxmaq nəsib olub ki, 22 cüdoçumuz birgə səyləri sayəsində 14 qələbə qazana bilib. Çıxışların 23-ü isə məğlubiyyətlə nəticələnib.


1. Müşkiyev İlqar (-60kq) 4 görüş – 4 qələbə – 0 məğlubiyyət 1-ci yer

2. Rəcəbli Elxan (-81kq) 5 görüş – 4 qələbə – 1 məğlubiyyət 3-cü yer

3. Qurbanov Ramin (-90kq) 4 görüş – 2 qələbə – 2 məğlubiyyət 5-ci yer

4. Məmmədov Sain (-100kq) 4 görüş – 2 qələbə – 2 məğlubiyyət 7-ci yer

5. Şirinli Vüqar (-60kq) 2 görüş – 1 qələbə – 1 məğlubiyyət yersiz

6. Həsənov Emil (-66kq) 2 görüş – 1 qələbə – 1 məğlubiyyət yersiz

7. Əsədullayev Rasim (-60kq) 1 görüş – 0 qələbə – 1 məğlubiyyət yersiz

8. Xələfov Asim (-60kq) 1 görüş – 0 qələbə – 1 məğlubiyyət yersiz

9. Dadaşzadə Samir (-66kq) 1 görüş – 0 qələbə – 1 məğlubiyyət yersiz

10. Orucov Rüstəm (-66kq) 1 görüş – 0 qələbə – 1 məğlubiyyət yersiz

11. Mövlamov Rauf (-66kq) 1 görüş – 0 qələbə – 1 məğlubiyyət yersiz

12. Qasımov Ramil (-73kq) 1 görüş – 0 qələbə – 1 məğlubiyyət yersiz

13. Əhmədli Elvin (-73kq) 1 görüş – 0 qələbə – 1 məğlubiyyət yersiz

14. Babayev Nadir (-73kq) 1 görüş – 0 qələbə – 1 məğlubiyyət yersiz

15. Mirzəliyev Renat (-73kq) 1 görüş – 0 qələbə – 1 məğlubiyyət yersiz

16. Rzazadə Seymur (-81kq) 1 görüş – 0 qələbə – 1 məğlubiyyət yersiz

17. Səfquliyev Tural (-81kq) 1 görüş – 0 qələbə – 1 məğlubiyyət yersiz

18. Alimli Rüstəm (-81kq) 1 görüş – 0 qələbə – 1 məğlubiyyət yersiz

19. Qəhərmanov Şahin (-90kq)1 görüş – 0 qələbə – 1 məğlubiyyət yersiz

20. Nağıyev Kənan (-90kq) 1 görüş – 0 qələbə – 1 məğlubiyyət yersiz

21. Hüseynov Emil (-100kq) 1 görüş – 0 qələbə – 1 məğlubiyyət yersiz

22. Bağırov Zaur (-100kq) 1 görüş – 0 qələbə – 1 məğlubiyyət yersiz
CƏMİ: 37 görüş – 14 qələbə – 23 məğlubiyyət//judoonline.info

Bütün xəbərlər Facebook səhifəmizdə