"Bakı" klubu Antalyada keçirdiyi təlim-məşq toplantısının 16-cı günü növbəti yoxlama oyunu keçirəcək. Siasport.az saytı xəbər vevir ki, bu barədə Rumıniyanın "Panduri" klubu ilə razılıq əldə olunub. Oyun komandanın məskunlaşdığı "Susesi" otelinin meydanında baş tutacaq. Qarşılaşmanın start fiti yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 21.00) səslənəcək.
Xatırladaq ki, bu, "Bakı"nın Antalyada keçirdiyi sayca 4-cü oyun olacaq. Bundan əvvəl iki dəfə Qazaxıstan klubları "Akjayık" (3:0) və "Şaxtyor" Karaqanda (1:1), həmçinin, Ukrayna təmsilçisi "Metallurq" Zaporojye (0:0) ilə qarşılaşan komanda baş məşqçi Aleksandr Starkovun rəhbərliyi altında baş tutan təlim-məşq toplantısı ərzində məğlubiyyətin nə olduğunu bilmir.
Futbol həvəskarları "Bakı"-"Panduri" qarşılaşmasını izləmək imkanına malikdirlər. Oyun Rumıniyanın DJ Sport kanalı tərəfindən canlı yayımlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB