Azərbaycan idmançısı erməni cüdoçunu diz çökdürdü

Azərbaycan idmançısı erməni cüdoçunu diz çökdürdü
Gürcüstanın paytaxtı Tbilisi şəhərində kişilər arasında Dünya Kuboku yarışlarına start verilib. Siapsort.az saytı xəbər verir ki, Dünya Kubokunun ilk günündə tatami üzərinə 12 azərbaycanlı cüdoçu çıxıb. Onlardan yalnız 60 kq çəki dərəcəsində yarışan təmsilçimiz İlqar Müşkiyev məqsədinə nail olaraq 1-ci yerə çıxıb və qızıl medal qazanıb. O, ilk qarşılaşmasında erməni cüdoçunu 1 dəqiqə 31 saniyyə ərzində \"ippon\" təmiz qələbə xalı ilə məğlub edərək düşməni diz çökdürüb.

Beləliklə, ilk qarşılasmasında Ivanyan Qriqor (Ermənistan) üzərində inamlı qələbə qazanan cüdoçumuz İlqar Müşkiyev ardıcıl olaraq Magers Adrejs (Latviya) və Asumbani David (Gürcüstan) ilə də mübarizədən qalib ayrılaraq finala vəsiqə qazanıb. O, finalda isə Kossayev Yerkebulanı (Qazaxstan) məğlubiyyətə uğradaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu qələbə sayəsində İlqar Müşkiyev London-2012 Yay Olimpiya Oyunlarında iştirak etmək üçün aktivinə daha 100 lisenziya xalı yazdırıb.

Təəssüf ki, yarışın ilk günü tatami üzərinə çıxmış digər 11 cüdoçumuz elə ilkin mərhələdəcə rəqiblərinə acınacaqlı surətdə məğlub olaraq onlara bəslənilən ümidləri doğrulda bilməyiblər.

Bu gün yarışa yekun vurulacaq.//judoonline.info

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com