Professor: "Abituriyentlərin fiziki hazırlığı çox zəifdir” AÇIQLAMA

Professor: "Abituriyentlərin fiziki hazırlığı çox zəifdir” AÇIQLAMA

"İlk dəfə olaraq Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında "Bədən tərbiyəsi və idman" ixtisası üzrə sınaq qabiliyyət imtahanları keçirilir. Oğlan abituriyentlər gimnastika zalında yerindən uzununa tullanma, turnikdə dartınma və qız abituriyentlər isə gimnastika skamyasında qolların bükülüb-açılması, yerindən uzununa tullanma hərəkətlərini icra edirlər". Bunu SİA-ya açıqlamasında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının gimnastika nəzəriyyəsi və metodikası kafedrasının müdiri, professor Elşad Nərimanov deyib.

O qeyd edib ki, hərəkətlərin texniki cəhətdən dəqiq icra edilməsi kafedranın müəllimi tərəfindən göstərilir və daha sonra abituriyentlər imtahana dəvət olunur: "Bu normativləri yerinə yetirəndən sonra abituriyentlər stadionumuza gedərək, oğlanlar 100 və 1000 metrə, qızlar isə 100 və 500 metrə kross qaçış normativlərini verirlər. Sınaq qabiliyyət imtahanlarında, əsas imtahanlarda veriləcək normativlər verirlir və tamamilə pulsuzdur. Abituriyentlərin fiziki hazırlığı isə təəssüf ki, çox zəifdir".

Bütün xəbərlər Facebook səhifəmizdə