AZDBTİA-da ilk dəfə sınaq qabiliyyət imtahanları keçirilir

AZDBTİA-da ilk dəfə sınaq qabiliyyət imtahanları keçirilir

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında bu təhsil ocağına daxil olmaq istəyən tələbələr üçün xüsusi qabiliyyət tələb edən "Bədən tərbiyəsi və idman" ixtisası üzrə ilk dəfə sınaq qabiliyyət imtahanları kecirilir. SİA-nın məlumatına görə, akademiyanın stadion kompleksində və gimnastika zalında təşkil edilən sınaq imtahanları iyunun 10-dək davam edək. Hər gün saat 10.00-13.00 və 17.00-19.00 aralığında keçirilən imtahanlarda abituriyentlərin valideynləri də iştirak edirlər. Sınaq qabiliyyət imtahanları akademiyanın hesabına, abituriyetlər üçün ödənişsiz təşkil olunur.

Abituriyentlərə AZDBTİA-nın atletika və gimnastika kafedralarının mütəxəssisləri tərəfindən metodiki tövsiyyələr və məsləhətlər verilir.

Qeyd edək ki, abituriyentlər imtahan normativləri ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən hazırlanmış xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər üçün "Abituriyent" jurnalının xüsusi buraxılışında tanış ola bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə