"Baku Fires" boks klubu WSB liqasında 7-ci görüşünü də qələbə ilə başa vurub. Siasport.az saytı xəbər veir ki, komandamız bu dəfə də səfərdə Çinin "Beijing Dragons" klubunu 3:2 hesabı ilə məğlub edib. Makao şəhərində keçirilən döyüşdə ilk olaraq Məhəmməd Abdulhəmidov Şaofanq Liyə uduzub. Amma 61 kq çəki dərəcəsində mübarizə aparan Romal Amanov Lei Fanq üzərində qələbə qazanmaqla, WSB liqasında ilk qalibiyyətini əldə edib. Vei Li Məhəmməd Nuritdinovu üstələdikdən sonra hesab meydan sahiblərinin xeyrinə dəyişıb-2:1. Ancaq rinqə çıxan digər 2 boksçumuz məşqçilər heyətinin etimadını doğrudub. Əvvəlcə Ramazan Maqomedov Assane Fayeni məğlub edib. Görüşdə son nöqtəni Abdulqadir Abdullayev qoyub. Ən ağır çəkidəki təmsilçimiz Əbdulqadir Abdullayev Xianqyanq Çxenqi 2-ci raundda nokaut edib. Qeyd edək ki, WSB liqasının rəsmi saytında səhvə yol verilib. Belə ki, rinqə çıxan bəzi boksçuların adları yanlış göstərilib. Qrupun digər görüşündə "Astana Arlans" Cənubi Koreyanın "Pohang Poseidons" klubunu 3:2 hesabı ilə məğlub edib. Bu qələbədən sonra "Baku Fires" 21 xal toplamaqla liderliyini davam etdirir. "Baku Fires" növbəti görüşünü fevralın 5-də "Sərhədçi İdman Olimpiya Mərkəzində "Astana Arlans"ı qəbul edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB