Deyəsən İstanbulun "Qalatasaray" futbol klubu "Bursaspor"un forvardı Volkan Şəni transfer etməkdə çox israrlıdır. Siasport.az idman saytı xəbər verir ki, İstanbul təmsilçisi "Bursaspor" klubuna yenə əvvəlki təklifini yeniləyərək, V.Şən üçün 4 milyon avrodan keçməyə hazır olduğunu bildirib. Verilən məlumatda deyilir ki, "Qalatasaray"ın prezidenti Adnan Polat "Bursaspor" rəhbərliyini yola gətirmək üçün kifayət qədər ciddi addımlar atmağa başlayıb. İstanbul klubu V.Şən üçün təklif etdiyi 4 milyon avronun 1 milyonunu nəğd şəkildə, qalan məblği isə hissə-hissə ödəməklə transferi reallaşdırmaq istəyir. Qarşı tərəf isə 2 milyon avronun nəğd olaraq ödənilməsini istəyir. Həttda "Bursasor"un baş məşqçisi Ərtuğrul Sağlam, bir müddət bundan əvvəl V.Şəni heç bir kluba satmayacaqlarını bildirərək, futbolçu ilə aralarındakı gərginliyin də artıq başa çatdığını və hər şeyin normal oldugunu açıqlamışdır. Amma dünən "Bursaspor"un vitse-prezidenti Həsən Özkıyıcı, V.Şənin İstanbul klubuna transferinin hər an gündəmdə olduğunu və bununla bağlı danışıqların hələ də davam etdiyini "Radyospor"da yayımlanan idman proqramında açıqlayıb. O bildirib ki, əsas məsələ maliyyə məsələlərində anlaşmanın əldə olunması ilə bağlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB