Bir neçə müddətdir ki, zədə üzündən "Qalatasaray"ın heyətində meydana çıxa bilməyən komandanın kapitanı Arda Turan, bu vəziyyətində belə Avropa klublarının diqqətinə düşə bilib. Siasport.az isman saytı xəbər verir ki, A.Turanın transferində maraqlı olan Avropa klublarının sırasında daha çox ingilis nəhəngləri gözə dəyirlər. Bu belə olmasaydı ingilis mətbuatı da İstanbul klubunun forvardına bu dərəcədə diqqət ayırmazdı. İngiltərədə yayımlanan "Sport.co.uk" internet saytı da israrla bildirir ki, A.Turanı transfer etmək istəyən klubların sırasında "Çelsi", "Arsenal", "Tottenhem" kimi ingilis nəhəngləri yer alır. Sayt xüsusi israrla yazır ki, hazırkı böhranlı vəziyyətinə son qoymaq istəyən "Liverpul" "Qalatasaray"ın kapitanını may ayında transfer etməyi planlaşdırır. Həttda "Liverpul" təmsilçilərinin bu məqsədlə İstanbul klubunun prezidenti Adnan Polata danışıqlar aparmaq üçün müraciət etdikləri də vurğulanır. Sol qasığındakı agrılar üzündən əziyyət çəkən kapitanın iki gün istirahət edəcəyi, həkimlərin isə futbolçunu Türkiyə Superligasının 20-ci turu çərçivəsində "Əskişəhərspor"la keçiriləcək oyuna qədər sağaltmağa çalışdıqları bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB