Məsut Özil “Real Madrid”in vazkeçilməz forvardına çevrilir!

Məsut Özil “Real Madrid”in vazkeçilməz forvardına çevrilir!

İspaniya La Ligasında Məsut Özil fırtınası davam edir. Siasport.az idman saytı xəbər verir ki, artıq "Real Madrid"in əsas futbolçusuna çevrilən türk əsilli alman futbolçu, eyni zamanda baş məşqçi Joze Maurinyonun da sevimlisi kimi xarakterizə olunur. Buna sübut kimi, təkcə J.Maurinyonun keçən həftə M.Özilin hələ uzun illər boyu "Real"da top qovmağa layiq futbolçu olduğunu deməsi kifayət edir ki, portuqaliyalı mütəxəssisin bu tutbolçuya olan rəğbətini görə biləsən. Hər halda bütün bunlar doğru olmasaydı, M.Özil komandada 10 nömrəli formaya layiq görülməzdi. Almaniyanın populyar və çoxtirajlı qəzetlərindən olan "Kölner Express" yazır ki, futbol üzrə Almaniya Milli Komandasının ulduz futbolçusunun indiyə qədər kral klubunda daşıdığı 23 nömrəli formanı, yenicə "Mançester Siti" futbol klubundan kral klubuna transfer olunan Emmanuel Adebayor daşiyacaq. Alman qəzeti yazır ki, artıq kral klubunun rəhbərliyi də M.Özilin "Real" üçün önəmli futbolçu olduğu qənaətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə