“Deportivo” Semih Şəntürkü transfer etməkdə israrlıdır

“Deportivo” Semih Şəntürkü transfer etməkdə israrlıdır

İspaniyanın "Deportivo" futbol klubu Türkiyə Milli Komandasının və İstanbulun "Fənərbaxça" futbol klubunun futbolçusu Semih Şəntürkü transfer etməkdə israrlıdır. Siasport.az idman saytı xəbər verir ki, artıq ispan klubunun menecerləri dünən İstanbul klubunun Türkiyə Kuboku çərçivəsində "Gənclərbirliyi" ilə keçirdiyi qarşılaşmanı tribunadan izləyiblər. Dünənki oyunda gözəl oyun nümayiş etdirən S.Şəntürk, 2 möhtəşəm qol vuraraq nəyə qadir olduğunu göstərib. Qarşılaşmanı izləyən "Deportivo"nun baş məşqçisinin köməkçisi Jose Luiz Ribera "növbətçi qolçu" adı ilə tanınan S.Şəntürkün oyunundan razı qalıb. İspan klubu mövsümün sonunda "Fənərbaxça" ilə müqavilə müddəti bitən S.Şəntürkü transfer etməyi planlaşdırır. Həttda İstanbul klubunun bazar günü "Trabzonspor"la keçirəcəyi ev oyununu da "Deportivo" nümayəndələri izləyəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə