FHN-nin əməkdaşlarının fərdi və komandalararası şahmat çempionatına yekun vurulub
Mülkü Müdafiə Qoşunları Komandanlığının (MMQK) tədris binasında Fövqaladə Hallar Nazirliyi (FHN) əməkdaşlarının fərdi və komandalararası şahmat çempionatına yekun vurulub. Siasport.az saytı xəbər verir ki, yanvarın 24-dən başlayan İsveçrə sistemi ilə yarışda FHN-in 21 qurumunu təmsil edən 84 şahmatçı iştirak edib. Üç əsas və bir ehtiyat oyunçudan ibarət komandalar hər gün iki görüş keçirib.
9 turdan sonra Elçin Sultanov (MMQK)
qızıl medala, Ramiz İskəndərov (FHNA) gümüş, Rövşən Abbasov (TTNDA) isə bürünc
mükafata sahib olub. Komandalardan Fövqaladə Hallar Nazirliyinin Akademiyası
1-ci, Mülkü Müdafiə Qoşunları Komandanlığının şahmatçıları 2-ci, Tikintidə
Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin komandası isə 3-cü yeri tutub.
Sonda FHN-in İdman-sağlamlıq klubunun rəisi, polkovnik Fizuli
Musayev fərqlənən şahmatçı və komandaları təbrik edərək, Fövqəladə Hallar
naziri, general-polkovnik Kəmaləddin Heydərovun nazirliyin əməkdaşlarının, o
cümlədən hərbi və xüsusi rütbəli qulluqçularının fiziki hazırlığının
yüksəldilməsi üçün idman tədbirlərinin keçirilməsini daim diqqətdə saxladığnı
qeyd edib. F.Musayev onların bu çıxışlarının ilboyu digər növlər üzrə
yarışların nəticələrəinə əlavə ediləcəyini diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB