Türkiyə millisi "Avro-2016"nın final mərhələsinə hazırlıq məqsədilə sonuncu yoxlama oyununa çıxıb. SİA-nın məlumatına görə, Fatih Terimin komandası Sloveniya ilə qarşılaşıb. Görüş türklərin qələbəsi ilə başa çatıb. Yeganə qolu matçın 6-cı dəqiqəsində Burak Yılmaz vurub.
Sloveniya - Türkiyə 0:1
Qol: Burak Yılmaz, 6
Qeyd edək ki, Türkiyə millisi bu gün Sloveniyadan "Avro-2016"nın keçiriləcəyi Fransaya yola düşəcək və Marsel şəhərində məskunlaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB