Azərbaycan taekvondoçuları WTF-nin və ETU-nun “A” dərəcəli turnirində yarışacaqlar
Azərbaycan taekvondoçuları ilin ilk beynəlxalq turniri üçün hazırlıqları başa vurublar. Siasport.az saytı xəbər verir ki, yeniyetmələrdən ibarət seçmə komandamız 5-6 fevral tarixlərində İsveçin Trelleborq şəhərində ənənəvi yarışda ("Trelleborq Open") iştirak edəcək. Dünya Taekvondo Federasiyası (WTF) və Avropa Taekvondo Birliyinin (ETU) "A" dərəcəli turnirində 11 idmançımız mübarizə aparacaq. Yeniyetmə taekvondoçularımızdan Tağı Tağızadə (-33 kq), Anar Mehtiyev (-33 kq), Babək Əjdərli (-37 kq), Mahmud Həsənov (-41 kq), Hüseyn Talıblı (-45 kq) və Yusif Hüseynli (-49 kq), eləcə də qızlardan Avropa çempionatının bürünc mükafatçısı Leyla Cəfərova (-33 kq), Aliyə Zeynalova (-29 kq), Günel Eyvazova (-37 kq) və Mirxanım Ağayeva (-41 kq) fevralın 5-də, Nicat Fərəcov (-53 kq) isə ertəsi gün tatamiyə çıxacaq. Yeni heyətdən ibarət seçmə komandamız yeniyetmələrin baş məşqçisi Məmməd Abdullayevin rəhbərliyi altında yanvarın 8-dən 18-dək təlim-məşq keçib. Bu idmançılardan başqa olimpiyaçılardan ibarət seçmə komandamızın Cənubi Koreyalı iki legioneri də turnirə qatılacaq. Kvanqseok Kim (-68 kq, kişilər) və Vonqkyuq Kim (-67 kq, qadınlar) olimpiyaçıların məşqçisi Park Sunminin müşayitilə Seuldan birbaşa Trelleborqa və geriyə yollanacaqlar. Fevralın 3-də yarışa yola düşən idmançılarımız ayın 7-də Bakıya qayıdacaqlar.
Qeyd edək ki, idmançılarımız bu yaş qrupu üzrə ilk dəfədir "Trelleborq Open"də iştirak edirlər. Ötən illər gənclərlə bu yarışa yollanan taekvondoçularımız hər dəfə vətənə medallarla dönüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB