Van Der Sarın futboldan getməsinin əsl səbəbi məlum oldu!

Van Der Sarın futboldan getməsinin əsl səbəbi məlum oldu!

Deyəsən qocalıq artıq "Mançester Yunayted"in 40 yaşlı hollandiyalı qapıçısı Edvin Van Der Sarın da qapısını döyməyə başlayıb və onun dünən verdiyi açıqlamanın qaranlıq tərəfinə bu gün aydınlıq gəlib. Siasport.az idman saytı xəbər verir ki, Van Der Sar, bu gün ingilis mətbuatına verdiyi açıqlamada qeyd edib ki, o vaxtını artıq özünə və ailəsinə sərf etmək istəyir. Sən demə hollandiyalını futboldan getməyə vadar edən səbəb qocalıqdır: \"Artıq hiss edirəm ki, futbolla vidalaşmaq zamanım gəlib. Onsuz da bir gün mən də futbolu tribunalardan izləyən milyonların sıralarına qoşulacağam. Bu bir həqiqətdir. Söz yox ki, futbol mənim həyatımdır. Amma həyat da öz sözünü deyir. Artıq getmək vaxtıdır."-deyə 40 yaşlı təcrübəli əlcək ustası fikrini tamamlayıb. Xatırladaq ki, Van Der Sar "Mançester Yunayted" futbol klubundan əvvəl "Ayaks", "Yuventus" və "Fulhem"də futbol həyatı yaşayıb. 2005-ci ildə ingilis klubuna transfer olunan təcrübəli əlcək ustası bu klubda üç dəfə İngiltərə çempionluğunu başı üzərinə qaldırıb, bir dəfə isə Çempionlar Liqasının qalibi olub. Van Der Sar, Hollandiya Milli Komandasının heyətində də 130 dəfə meydana çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə