“İnter” “Tottenhem”in forvardına görə 40 milyon funt sterlinq təklif edib

“İnter” “Tottenhem”in forvardına görə 40 milyon funt sterlinq təklif edib

İtaliyanın "İnter" futbol klubunun transfer etmək istədiyi növbəti futbolçunun adı məlum olub. Siasport.az idman saytı xəbər verir ki, italyan klubu İngiltərənin "Tottenhem" futbol klubunda çıxış edən 21 yaşlı Galli Solbek Baleyi transfer etməyi planlaşdırır. İngiltərə mətbuatı da bu xəbəri təsdiq edərək yazır ki, artıq İtaliyanın ən reytinqli klublarından olan və Çempionlar Liqasının son qalibi "İnter", bu transferin uğurla reallaşdırılması üçün ingilis klubuna 40 milyon funt-sterlinq ödəməyə hazır olduğunu bildirib.2014-cü ilə qədər ingilis klubu ilə sözləşməsi olan futbolçunun italyan klubuna transferi reallaşarsa, o zaman Galli Solbek Baley ən bahalı Britaniyalı futbolçu olaraq tarixə keçəcək. Xatırladaq ki, ingilislər üçün ən bahalı transfer rekordu, 2002-ci ildə "Leeds Yunayted"dən 29 milyon funt sterlinqə "Mançester Yunayted"ə transfer olunan Rio Ferdinand olub.

Bütün xəbərlər Facebook səhifəmizdə