\"Antalyada təlim-məşq toplantısını davam etdirən \"Bakı\"ya baxışa bolqarıstanlı müdafiəçi Radomir Todorov dəvət olunub. Siasport.az saytı xəbər verir ki, Todorov Azərbaycan futbolsevərlərinə yaxşı tanış olan oyunçudur. O, 2007-ci ildən etibarən Lənkəranın \"Xəzər Lənkəran\" klubunun şərəfini qoruyub.
Hazırda Radomir Todorov transferə çıxarılıb. Müdafiəçi bir neçə gün ərzində komanda ilə birgə məşq edəcək.
Hazırda Radomir Todorov transferə çıxarılıb. Müdafiəçi bir neçə gün ərzində komanda ilə birgə məşq edəcək.
30 yaşlı futbolçunun transferi ilə bağlı mümkün qərarı komandanın baş məşqçisi Aleksandr Starkov verəcək. Yalnız bundan sonra Lənkəran klubu ilə danışıqlar aparıla bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB