"ShamkirChess 2016"da ikihakimiyyətlilik

"ShamkirChess 2016"da ikihakimiyyətlilik

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Vüqar Həşimov memorialında növbəti qələbəsini qazanıb. SİA-nın məlumatına görə, "ShamkirChess 2016"nın 8-ci turunda Məmmədyarov hazırda dünyada iki nömrəli şahmatçı sayılan Fabiano Karuanuya qalib gəlib.

Turun bütün qalan oyunları (Eltac Səfərli – Sergey Karyakin, Pavel Elyanov – Rauf Məmmədov, Aniş Giri – Hou İfan, Teymur Rəcəbov – Pentala Harikrişna görüşləri) sülhlə başa çatıb.

8 turdan sonra iştirakçıların vəziyyəti belədir: Fabiano Karuana və Aniş Giri - hərəyə 5,5 xal, Şəhriyar Məmmədyarov – 5 xal, Sergey Karyakin– 4,5 xal, Pentala Harikrişna - 4 xal, Rauf Məmmədov, Teymur Rəcəbov - hərəyə 3,5 xal, Eltac Səfərli, Pavel Elyanov – hərəyə 3 xal, Hou İfan – 2,5 xal.

Bu gün keçiriləcək sonuncu - 9-cu turda aşağıdakı cütlüklər qarşılaşacaqlar: Şəhriyar Məmmədyarov - Aniş Giri, Sergey Karyakin - Fabiano Karuana, Pentala Harikrişna - Eltac Səfərli, Pavel Elyanov - Teymur Rəcəbov, Hou İfan - Rauf Məmmədov.

Turnir bu gün başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə