Dünyanın ən qalmaqallı şou-biznes nümayəndələrindən sayılan Paris Hilton və Lindsi Lohan boks rinqində üz-üzə gələ bilər. Siasport.az saytı xəbər verir ki, Hollivud Boks Federasiyası bu şəxslərə rinqdə pul müqabilində döyüşməyi təklif edib. Rinqdə qarşılaşmaya görə, onlardan hər biri 500 min dollar qonorar alacaq. Hollivud Boks Federasiyasının promouteru Deymon Feldmanın sözlərinə görə, qarşılaşma baş tutacağı təqdirdə, bilet satışından əldə ediləcək gəlir alkoqolizm və narkomaniyaya qarşı mübarizə fondlarına köçürüləcək. Hilton və Lohanın hər biri 60 saniyə davam edəcək 3 raundlu döyüş keçirəcəkləri planlaşdırılır. //anspress.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB