“Qalatasaray” “Tottenhem”in xorvatiyalı futbolçusunu transfer etmək istəyir
Türkiyənin "Qalatasaray" futbol klubu daha bir önəmli transferi reallaşdırmaq ərəfəsindədir. Siasport.az idman saytı xəbər verir ki, heyətini daha da gücləndirmək istəyən İstanbul təmsilçisi indi də üzünü İngiltərəyə tutub. Məsələ burasındadır ki, "Cim-bom" İngiltərənin "Tottenhem" futbol klubunun xorvatiyalı ulduzu Niko Kranjkarı heyətinə qatmaq istəyir. Artıq "Qalatasaray" klubunun idman direktoru Adnan Sezgin xorvatiyalı futbolçunun meneceri Emil Zgur ilə Vyanada danışıqlar aparmağa başlayıb. "Qalatasaray" bu transferə görə qarşı tərəfə 4 milyon avro ödəməyə razıdır.Verilən ən son məlumata əsasən, İstanbul klubunun rəhbərliyi transferin reallaşması üçün tam gücü ilə hərəkətə keçib. İngilis mətbuatı da Bu mövsüm "Tottenhem"də oynamaq şansı qazana bilməyən xorvatiyalı futbolçunun bu transferə müsbət yanaşdığını yazmağa başlayıb.
Bunun əsas səbəbi isə, ingilis klubunun baş məşqçisinin heyətə yeni futbolçular cəlb etdiyinə görə digər bir neçə futbolçu ilə yanaşı xorvatiyalı futbolçunu da sərəncamında görmək istəməməsidir. O, bunu futbolçunun özü ilə söhbətində də bildirib. Xatırladaq ki, N.Kranjkar, 2009-cu ilin əvvəllərində "Portsmund"dan 2,8 milyon avro məbləğində "Tottenhem"ə transfer olunmuşdur. 26 yaşındakı futbolçu Xorvatiya Milli Komandasının heyətində 2012-ci ildə keçiriləcək Avropa Çempionatı çərçivəsində keçirilmiş 4 oyunda meydana çıxıb və 4 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB